Əsas Səhifə > Güney Press > Gənclər və İdman Nazirliyinin pulunu mənimsəyən sabiq idarə rəisinin
Gənclər və İdman Nazirliyinin pulunu mənimsəyən sabiq idarə rəisinin6-01-2025, 10:11 |
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin sabiq rəisi Raqif Abbasov və həmin İdarənin maliyyə-iqtisadiyyat sektorunun eks-müdiri Eldəniz Qulamovun cinayət işi üzrə məhkəmə iclasının vaxtı məlum olub. Pravda.az-ın əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək proses yanvarın 8-nə təyin edilib. Cinayət işi hakim Səbuhi Hüseynovun sədrliyi ilə araşdırılacaq. Zərərçəkmiş qismində Azərbaycan Gənclər və İdman Nazirliyi tanınır. Qeyd: Hər iki şəxs külli miqdarda mənimsəmədə ittiham edilir. Onlar Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən saxlanıb. Geri qayıt |