Əsas Səhifə > Güney Press > Moldovadan Ermənistana qadağa
Moldovadan Ermənistana qadağa3-01-2025, 11:26 |
Moldova bir sıra aviaşirkətlərin ölkəyə girişini qadağan etmək istəyir. Teleqraf.com xəbər verir ki, siyahıda 20-dən çox dövlət var. Onlar arasında Ermənistan, Rusiya, Əfqanıstan, Qırğızıstan, Tanzaniya, Konqo, İran, Liviya və Sudan və s. ölkələr yer alıb. Moldovanın İnfrastruktur və Ərazi İnkişafı Nazirliyi qanun layihəsinə yanvarın 9-dək baxılmasını təklif edib. Qərarın məqsədinin milli qanunvericiliyin Avropa İttifaqının aviasiya standartlarına uyğunlaşdırılması olduğu bildirilir. Layihənin ictimai müzakirəsi 2025-ci il yanvarın 9-dək davam edəcək. Geri qayıt |