Əsas Səhifə > Güney Press > Naxçıvanda ilin ilk körpələri əkiz olub
Naxçıvanda ilin ilk körpələri əkiz olub1-01-2025, 16:15 |
Naxçıvan Muxtar Respublikasında ilin ilk körpələri əkiz olub. "Report"un yerli bürosunun məlumatına görə, əkizlər Naxçıvan Perinatal Mərkəzdə doğulub. Belə ki, dekabrın 31-dən yanvar ayının 1-nə keçən gecə saat 01:10-da Ordubad rayon sakini, 2000-ci il təvəllüdlü Seyidova Aytac Tahir qızı əkiz oğlan uşaqları dünyaya gətirib. 38 həftədə doğuşa alınan ananın övladlarından biri 2 kq 600 qr, digəri 2 kq 300 qr çəkidə olub. Ana və əkizlərin vəziyyəti hazırda stabildir. Ailənin ilk övladları olan əkizlərə Elvin və Emin adları verilib. Geri qayıt |