Əsas Səhifə > Güney Press / Ana xəbər > Azərbaycanlı iş adamı Rusiyada yəhudi adı ilə "fırlanır"

Azərbaycanlı iş adamı Rusiyada yəhudi adı ilə "fırlanır"


18-04-2014, 09:56
Azərbaycanlı iş adamı Rusiyada yəhudi adı ilə "fırlanır"
Bir müddət əvvəl Rusiyadakı mənbənin verdiyi məlumat əsasında Moskvadakı banklardan birindən 150 milyon $ kredit götürüb qaytarmayan azərbaycanlı biznesmendən bəhs edən yazı dərc etmişdik. Redaksiyamıza məlumat verən mənbə onu da bildirmişdi ki, həmin biznesmeni Rusiyada “Albert Mixayiloviç” kimi tanıyırlar. Sözün düzü, biz məlumatı dərc edəndə ağlımıza ilk gələn Frenk Elkaponi ləqəbli biznesmen Füzuli Məmədov oldu. Düşündük ki, yəqin həmyerlimiz köhnə ləqəbindən imtina edib.

Ancaq bu gün bizə daxil olan məlumata görə bu şəxs xeyriyyəçi-biznesmen Gülağa Qənbərovdur. Onu Azərbaycanda daha çox şair Gülağa Tənha kimi tanıyırlar. Əlbəttə hər bir şəxsin özünə hansı ləqəbi, soyadı götürməsi onun şəxsi işidir. Görünür Gülağa müəllim rusların Gülağa Tənha ( Odinokiy Qulaqa ) təxəllüsünü anlamayacağını düşünərək Albert Mixayiloviçi özünə “psevdonim” seçib. Olsun. Burada nəsə axtarmaq fikrindən uzağıq. Ancaq qonşu ölkədəki bankların birindən 150 milyon götürüb qaytarmamaq nə xalqımıza, nə də hörmətli şairimizə yaraşan hal deyil. Hətta mənbə həmin bankın adını da dəqiqləşdirə bilib: “Narodnıy Bank”…Qısa xatırlatma üçün bildirək ki, bizə daxil olan məlumatlar əsasında bu nəticəyə gəldik ki, Albert Mixayiloviç bir müddət əvvəl meyvə-tərəvəz bazasını girov qoyaraq Moskva şəhərindəki çeçenlərin nəzarətində olan “Narodnıy Bank”dan 150 milyon dollar kredit götürüb və bu günədək qaytarmır. Niyə qaytarmır, səbəb nədir?

Bəlkə Allah eləməsin tanınmış biznesmen-şair bankrot olub? Ancaq redaksiyamıza daxil olan məlumata görə xeyriyyəçi-şair bu yaxınlarda Bakıda dəyəri on milyonlarla ölçülən müxtəlif “obyekt”lər alıb...Olsun. Nəyi pisdir? İnsanlarımız nə qədər zəngin olsa bir o qədər yaxşıdır. Ancaq Gülağa müəllim ölkəmizin və millətimizin imici barədə düşünüb krediti qaytarsa daha düzgün olar. Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq. \\ Legion.az \\

Geri qayıt