Əsas Səhifə > Güney Press / Ana xəbər > Nurçuların Azərbaycandan mənimsədiyi vəsaitlər
Nurçuların Azərbaycandan mənimsədiyi vəsaitlər18-04-2014, 09:50 |
![]() Türkiyə və Azərbaycanın gündəmini zəbt edən Fətullah Gülən və onun hinayəsində fəaliyyət göstərən nurçular barədə hər gün yeni-yeni bilgilər ortaya çıxır. 1992-ci ildə “Çağ Öyrətim İşlətmələri Şirkətlər Qrupu”nun yaradılması ilə Azərbaycanda fəaliyyətə başlayan nurçuların çox keçmədən burada şəbəkə yaratdıqları və Azərbaycanın bir sıra sahələrində yer tutduqları heç kimə sirr deyil. Nurçular hazır binaları kosmetik təmir etməklə “lisey” siyasətinə başlayıb qısa zamanda Anadolu Özəl Türk liseyləri şəbəkəsini yarada bildi. Dövlətin təhsil və humanitar sahədə siyasətinə cavabdeh olan yüksək vəzifəli məmurların “xüsusi maraqları” nəzərə alınmaqla “Nurçu Missioner məktəbləri” açıldı. Bakının F.Xoyski küçəsi 109-da yerləşən texniki peşə məktəbi bir gündə ləğv edilərək nurçulara təslim edildi. Burada mərkəzləşdirilmiş qaydada Bakı Özəl Türk Liseyi (BÖTL) yaradıldı. Ardınca C.Naxçıvanski 50-A binasında BÖTL-nin Dədə Qorqud filialı, Y.Bakuvi 14 ünvanında Qafqaz Azərbaycan-Türkiyə Özəl Gimnaziyası, N.Nərimanov prospekti 103 ünvanında “Kafkas İlköyretim Okulu”, Sumqayıt şəhəri, 14-cü məhəllə, 20 Yanvar küçəsi 6 ünvanında Sumqayıt Özəl Türk Liseyi, Şəkidə 19-cu rayon, F.Əbdürrəhmanov küçəsi 1 ünvanında Azərbaycan-Türkiyə Özəl Liseyi, Gəncədə E.Allahverdiyev küçəsi 68 ünvanında Gəncə Azərbaycan-Türkiyə Özəl Liseyi, Əli Bayramlıda Xaqani küçəsi 16 ünvanında BÖTL-nin Əli Bayramlı filialı, Ağdaşda H.Əliyev prospekti 100 ünvanında BÖTL-nin Ağdaş filialı, Mingəçevirdə Şəhidlər Xiyabanı məhəlləsi, 20 Yanvar küçəsi 12 ünvanında BÖTL-nin Mingəçevir filialı, Qubada M.Əzizbəyov küçəsi, 15-ci məhəllə, Nügədi Yolu ünvanında BÖTL-nin Quba filialı, Lənkəranda H.Abdullayev küçəsi 19 ünvanında BÖTL-nin Lənkəran filialı açıldı. Bu məktəblərlə yanaşı orta məktəblərin yuxarı sinif şagirdləri üçün “Araz hazırlıq kursları” adı altında hazırlıq məşğələləri yaradıldı. Bu liseylərdə “Azərbaycana xidmət edirik” adı altında pullu təhsil ilk dəfə olaraq rəsmiləşdirildi. İlk vaxtlar hər bir şagird ildə 300-1000 dollar arası təhsil haqqı ödəyirdi. Həmin məktəblərdə təqribən 6000 şagird təhsil alırdı. Bura kursları da əlavə etsək, bütün təhsil müəssisələrinin illik gəliri 4 milyon dollardan artıq olurdu. Hazırda Azərbaycanda “Çağ Öyrətim İşlətmələri Şirkətlər Qrupu”nun nəzdində olan 10-dan artıq lisey, gimnaziya (qızlar üçün), hazırlıq kursları və “Qafqaz” Universiteti mövcuddur. Burada bir məqamı qeyd etmək lazımdır ki, adıçəkilən nəhəng təsisat yalnız 1999-cu il dekabr ayının 29-da Ədliyyə Nazirliyindən qeydiyyatdan keçib. Belə nəticə çıxır ki, şirkət 7 il Azərbaycanda qanunsuz olaraq fəaliyyət göstərib və onun nəzdində olan hazırlıq kursları, liseylərdən əldə edilən külli miqdarda gəlirlər vergidən yayındırılaraq mənimsənilib. Konkret desək bu müddət ərzində hər il 4 milyon dollar vəsait gizli yolla ölkədən çıxarılıb. Sonradan nurçu şəbəkəsinə “İşıq sığorta”, “Asya finans”, “Samanyolu Basın, Yayın, Sanayi və Ticarət Anonim Şirkəti”, “Ufuk” kimi zəngin şirkətlər də daxil olub. Adıçəkilən şirkətlər də məhz Fətullah Gülənə tabe olan iqtisadi strukturlar hesab olunur. Azərbaycanda qurulmuş “Med Zəhra qrupu”, “Zəhra təhsil və mədəniyyət vəqfi” də (fondu) nurçu təşkilatlardan sayılır. Araşdırma materiallarında qeyd edilir ki, vəqf PKK gəlirləri hesabına maliyyələşdirlir. Aparılan araşdırmalar nəticəsində məlim olub ki, Azərbaycandakı nurçuların ən geniş şəbəkəsi “Camaatlar İttifaqı” adlı gizli təşkilatdır. Bu şəbəkənin ictimai fikirdə son illər dayaqları da formalaşdırılmaqdadır. Demək olar ki, əksər telekanallarda, qəzetlərdə “nurçu müxbirlər, yazarlar” şəbəkəsi qurulub. “Süleymançı”lar, “yusifiyyəçi”lər, “kaplançı”lar və digər 16 nurçu qruplar Azərbaycanda qeyri-rəsmi şəkildə mədrəsələr yaradıblar. Eləcə də “Nil Kitap Kırtasiyyə” kitab mağazalarında heç bir məhdudiyyət qoyulmadan satılan “nurçu” risalələr, təbliğ olunur. Əsas strateji hədəf kimi “İki Mektep-i Müsibetin Şahadetamesi Yahut Divani- Örfi ve Said-i Küdr-i” kitabı hesab olunur. Bu kitab Azərbaycanda Türkiyə, İraq, Suriya və İran kürdlərini bir strateji hədəf çevrəsində birləşdirmək, dini, mənəvi, ictimai, mədəni, ticarət, bank, sənaye sahələrində “nurçu”luq xəstəliynə tutulanları öz niyyətlərinə uyğun yönəltmək, idarə etmək mahiyyəti əsas hədəfdir. Geri qayıt |