Əsas Səhifə > Güney Press > Daha 24 cənazə Azərbaycana gətirilir

Daha 24 cənazə Azərbaycana gətirilir


28-12-2024, 18:57
Daha 24 cənazə Azərbaycana gətirilir
Rusiya səmasında vurulduqdan sonra Aktauda qəza enişi edən AZAL-a məxsus təyyarədə həlak olmuş daha 24 nəfərin cənazəsi Azərbaycana gətirilir.

“Qafqazinfo” xəbər verir ki, cənazələri gətirən təyyarə Aktau hava limanından yola salınıb. Hava gəmisinin təxminən bir saat sonra Heydər Əliyev Beynəlxalq Hava Limanına enəcəyi gözlənilir.

Həlak olan həmyerlilərimizin nəşlərinin sabah ailələrinə təhvil veriləcəyi bildirilib.
Geri qayıt