Əsas Səhifə > Güney Press > “Azəripək”in bundan sonrakı fəaliyyəti necə olacaq?
“Azəripək”in bundan sonrakı fəaliyyəti necə olacaq?Dünən, 12:05 |
"Azərbaycan Sənaye Korporasiyası" Açıq Səhmdar Cəmiyyəti ləğv edilərək sərəncamındakı üç müəssisə Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilib. Qurumun tərkibindəki 5 müəssisə isə ləğv edilib. Teleqraf.com xəbər verir ki, idarəetməyə verilən müəssisələr - “Azəralüminium” MMC, “Azərbaycan alüminiumu” ASC və “Azərpambıq Aqrar Sənaye Kompleksi”dir. "Azərbaycan Sənaye Korporasiyası"nın tərkibindəki “Azəripək”, “ASK Security”, “ASK Xidmət”, “ASK Əmlak”, “ASK Aqro” Məhdud Məsuliyyətli Cəmiyyətlər ləğv edilib. Qeyd edək ki, “Azəripək” MMC 2018-ci ildə yaradılıb. Cəmiyyətin tərkibində olan istehsal sahələrinə baramadan xam ipəyi açan istehsalat, toxucu istehsalatı, boyaq-bəzək istehsalatı, pambıq əyirici istehsalatı, burucu sex daxildir. Müəssisənin istehsal etdiyi məhsullar əsasən Rusiya, Türkiyə və İrana ixrac olunur. “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin Şəki, Qax və Ağsu rayonları ərazisində mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı əkinə yararlı torpaq sahələrində müvafiq kənd təsərrüfatı bitkilərinin aqrotexniki tələblərə uyğun olaraq əkilib becərilməsi işləri isə “ASK Aqro” məşğul olurdu. “Ask plaza”nı idarə edən “ASK Xidmət” MMC də ləğv edilən müəssisələr arasındadır. Qeyd edək ki, MMC “ASK Plaza” İşgüzar Əlaqələr Mərkəzi, “ASK Plaza” İşgüzar Əlaqələr Mərkəzi 2-ci korpus, “AMAY” Ticarət Mərkəzi və digər əmlaklarda mülkiyyətçinin adından çıxış edərək obyektlərdə yerləşən qeyri-yaşayış sahələrini icarəyə vermək, texniki vəziyyəti nəzarətdə saxlamaq, yanğın təhlükəsizliyi və qüvvədə olan digər təhlükəsizlik normalarının müvafiq şəkildə saxlanılmasını təmin edirdi. Geri qayıt |