Əsas Səhifə > Güney Press > Belarus Prezidenti 20 nəfəri əfv edib
Belarus Prezidenti 20 nəfəri əfv edibDünən, 11:24 |
Belarus Prezidenti Aleksandr Lukaşenko ekstremist xarakterli cinayətlər törətmiş 20 nəfərin əfv edilməsi haqqında növbəti fərman imzalayıb. “Report” BELTA-ya istinadən xəbər verir ki, bu barədə Belarus liderinin mətbuat xidməti məlumat verib. Məlumata görə, əfv edilənlərdən 11-i qadındır. Onlardan birinin dörd uşağı var. Bundan əlavə, siyahıya xroniki xəstəlikləri olan məhkumlar da daxildir. Onlar əfv üçün müraciət ediblər. Geri qayıt |