Əsas Səhifə > Güney Press > Azərbaycan Mərkəzi Bankı 3 BOKT-un vəzifəli şəxslərini cərimələyib
Azərbaycan Mərkəzi Bankı 3 BOKT-un vəzifəli şəxslərini cərimələyibDünən, 11:12 |
Azərbaycan Mərkəzi Bankı (AMB) "Nova Credit", "Azpul" və "Merkuri" MMC-lər bank olmayan kredit təşkilatlarının (BOKT) vəzifəli şəxslərini cərimə edib. "DİA-AZ" bu barədə AMB-yə istinadən xəbər verir. Məlumata görə, qurumun apardığı cari nəzarət prosesləri çərçivəsində “Bank olmayan kredit təşkilatları haqqında” qanunun 22.1-ci maddəsinin, “Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası”nın 3.3-cü bəndinin tələblərinin pozulması səbəbilə İnzibati Xətalar Məcəlləsinin 440.1-ci maddəsinə müvafiq olaraq "Nova Credit"in vəzifəli şəxsi 1 500 manat, "Azpul"un vəzifəli şəxsi 4 500 manat, "Merkuril"nin vəzifəli şəxsi isə 1 500 manat cərimələnib. Geri qayıt |