Əsas Səhifə > Güney Press > Bu dövlət qurumu ləğv edilir
Bu dövlət qurumu ləğv edilir26-12-2024, 17:42 |
Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Ekoloji Ekspertiza, Ətraf Mühitə və Təbii Ehtiyatlardan İstifadəyə Nəzarət Xidməti ləğv olunduğunu elan edib. Trend bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetindən məlumat əldə edib. Bildirilib ki, kreditorlar iki ay ərzində tələblərini AZ7000 Naxçıvan şəhəri, Naxçıvan rayonu, Cəlil Məmmədquluzadə küçəsi, ev 42 ünvanına bildirə bilərlər. Qeyd edək ki, sözügedən Dövlət Xidməti 2023-cü ildə dövlət qeydiyyatına alınıb. Onun qanuni təmsilçisi Məmmədov Azər Xəlil oğludur. Geri qayıt |