Əsas Səhifə > Güney Press > Dövlət Gömrük Komitəsi ixracatçı qarşı şirkəti cərimələyib

Dövlət Gömrük Komitəsi ixracatçı qarşı şirkəti cərimələyib


Dünən, 16:25
Dövlət Gömrük Komitəsi ixracatçı qarşı şirkəti cərimələyib
Məhkəmə Dövlət Gömrük Komitəsinin (DGK) xaricə məhsul ixrac edən şirkətə qarşı cəriməsini təmin edib.

Banker.az xəbər verir ki, DGK-nin idarəsi “AZ Fish and Frog” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində tərtib edilmiş İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə cərimə protokolu tərtib etmişdi. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsində Babək Pənahovun sədrliyi ilə baxılan işdə hakim inzibati tənbehin tətbiqi ilə bağlı qərar qəbul edib.

İXM-nin 483-cü maddəsinə əsasən, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə – inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir.

“Az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür.

Bu halda mallar (işlər, xidmətlər) bəyan edildiyi gündən Qaydalarla müəyyən edilmiş müddət ərzində (180 gün) ixrac olunan malların müqabilində məcburi qaydada köçürülməli olan valyuta vəsaiti geri qaytarılmadıqda, növbəti gün artıq inzibati xətanın törədildiyi gün kimi qəbul edilməlidir.

“AZ Fish and Frog” MMC 2018-ci ildə yaradılıb və hazırda Ugur Sarıbas şirkətin direktorudur.

Geri qayıt