Əsas Səhifə > Güney Press, Gündəm, Manşet > Ziya Məmmədovun biznesi ilə bağlı ilginc məlumat yayıldı - «Qarant» Holdinq iri partnyorunu itirib

Ziya Məmmədovun biznesi ilə bağlı ilginc məlumat yayıldı - «Qarant» Holdinq iri partnyorunu itirib


17-04-2014, 15:59
Ziya Məmmədovun biznesi ilə bağlı ilginc məlumat yayıldı - «Qarant» Holdinq iri partnyorunu itirib
DİA.AZ: - Nəqliyyat naziri Ziya Məmmədovun hakimiyyətin üst düzəyinin qəzəb hədəfinə çevrilməsi ona yaxın olan biznes dairələrini də tədirgin vəziyyətə salıb. Bu barədə DİA.AZ-a maraqlı bir informasiya daxil olub.

Redaksiyamızın elektron poçtuna daxil olan məlumatı olduğu kimi diqqətinizə təqdim edirik:

«Hacı İbrahim Nehrəmli bu gün böyük biznes uğurları əldə edir. Bu, ona görədir ki, hələlik hakimiyyəti qəzəbləndirməyib. Ona görə də özünə Küveytdən ortaq tapa bilir. Bir ərəb şeyxini Xəzərdəki adanın inşasına cəlb edib, 2 milyardlıq sərmayə gətizdirə bilir.

Ziya Məmmədovun biznesi ilə bağlı ilginc məlumat yayıldı - «Qarant» Holdinq iri partnyorunu itirib

Amma Ziya Məmmədov hədəfdə olduğundan onun qardaşları və digər yaxınları da ciddi problemlər yaşayırlar. Bu günlərdə «Qarant» Holdinq çox nüfuzlu partnyorlarından birini itirib. Ortaq bir layihədə «Qarant» Holdinqə rədd cavabı verilib. Bununula Ziya Məmmədovun oğlu Anar Məmmədov təxminən 2 milyon ABŞ dollarına yaxın qazancından olub. Amma itkilər də tək bununla bitməyəcək.

Çünki hələ bu, başlanğıcdır. Daha ciddi zərbələr irəlidə olacaq. Çünki Ziya Məmmədov ümumi oyun qaydalarını pozub. Artıq özünü təhlükə kimi hiss etdirməyə başlayıb. Beləsini isə hakimiyyət bağışlamır. Başını da sığallamır. Başa salır ki, əlindəki imkanlar kimin hesabına imiş. Və geri alır».

Geri qayıt