Əsas Səhifə > Güney Press / Ana xəbər > Rusiya Azərbaycanın QHT sədrini "arzuolunmaz şəxs" elan etdi
Rusiya Azərbaycanın QHT sədrini "arzuolunmaz şəxs" elan etdi17-04-2014, 15:38 |
![]() Rusiya tərəfi Beynəlxalq Diaspor Mərkəzinin sədri İsmayıl Ağayevi arzuolunmaz şəxs elan edərək, onun bu ölkəyə girişinə qadaga qoyub. Bu barədə SalamNews-a məlumatı mərkəzin sədr müavini Samir Adıgözəlli verib. O bildirib ki, bu gün BDM sədri Belarusa gedərkən hava limanından geri qaytarılıb: “Hava limanında İsmayıl Ağayevə bildirilib ki, Rusiya onu arzuolunmaz şəxs elan edib. Belarus Gömrük İttifaqının üzvü olduğu üçün BDM sədrinin bu ölkəyə girişinə qadağa qoyulub. BDM sədri Belarusda qondarma erməni soyqırımına qarşı keçiriləcək tədbirlərdə iştirak etmək üçün bu ölkəyə gedirdi." Geri qayıt |