Əsas Səhifə > Güney Press > SOCAR bölgələrdə yanacaq çatışmazlığına münasibət bildirib
SOCAR bölgələrdə yanacaq çatışmazlığına münasibət bildiribDünən, 13:07 |
Son vaxtlarda sosial şəbəkələrində Bakı və regionlarda “Aİ92” markalı benzinin qıtlığı ilə bağlı çox sayda paylaşım edilir. Bununla bağlı “APA-Economics” sorğu ilə ölkədə yeganə avtomobil benzini istehsalçısı olan “SOCAR”a sorğu ilə müraciət edib. Sorğuya cavar olaraq SOCAR-dan bildirilib ki, Bakı şəhərində fəaliyyət göstərən Neft Bazası Sahələrindən (NBS) sahibkarlar tərəfindən yanacaq götürülməsi və daşınması üçün müvafiq şərait yaradılıb. “Bununla yanaşı, Bakıda yerləşən NBS-lərdən regionlara yanacaq daşınması prosesinin daha da təkmilləşdirilməsi məqsədilə SOCAR tərəfindən özəl şirkətlərlə müvafiq danışıqlar aparılır”, - məlumatda qeyd olunur. Bildirilir ki, “SOCAR PETROLEUM” QSC-nin regionlarda fəaliyyət göstərən yanacaqdoldurma stansiyalarına yanacaq QSC-nin Bakı şəhərində fəaliyyət göstərən 1 və 22 saylı NBS-lərindən şirkətin nəqliyyat vasitələri ilə təchiz edilir. “SOCAR PETROLEUM” QSC Azərbaycan ərazisində, “SOCAR” brendi altında, neft və qaz məhsullarının alqı-satqısının təşkil edilməsi və təchizat xidmətinin həyata keçirilməsi məqsədilə 2008-ci ildə təsis edilib. Hazırda ölkəmizdə sayı günbəgün artan YDS-lərin 65-i “SOCAR PETROLEUM”un payına düşür. Şirkətin 1 Sıxılmış Təbii Qaz Terminalı və 13 neft terminalı bazası da var ki, bu terminalların 11-i regionlarda, 2-si isə Bakıda fəaliyyət göstərir. Xatırladaq ki, Azərbaycanda neft, təməli 1953-cü ildə qoyulmuş Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda emal edilir. Hazırda NEZ-də yenidənqurma və modernləşdirmə işləri davam etdirilir. Qeyd etmək lazımdır ki, “A-92”, “Aİ-95” “Premium” və dizel ölkədə istehsal edilir, “Aİ-98” “Super” markalı yanacaq isə xaricdən idxal olunur. Yerli istehsal olan “A-92”, “Aİ-95” Premium və dizel yanacağı, o cümlədən “Super” markalı yanacaq “Avro-5” ekoloji standartına uyğundur. Geri qayıt |