Əsas Səhifə > Güney Press > "Kənd təsərrüfatı məhsullarını xaricə aparan adamların məsuliyyətə cəlb olunması qanunsuzdur"

"Kənd təsərrüfatı məhsullarını xaricə aparan adamların məsuliyyətə cəlb olunması qanunsuzdur"


Dünən, 12:33
"Kənd təsərrüfatı məhsullarını xaricə aparan adamların məsuliyyətə cəlb olunması qanunsuzdur"
Xəbər verdiyimiz kimi, son zamanlar Baş Prokurorluğun xarici ölkələrə kənd təsərrüfatı məhsulları ixrac edən bəzi sahibkarların həbsi ilə bağlı məlumatlar yayması diqqət mərkəzindədir.

Xəbərlərdə bildirilir ki, hüquqi şəxslərlə xarici ölkələrdəki şirkətlər arasında müxtəlif vaxtlarda kənd təsərrüfatı məhsullarının alqı-satqısına dair müqavilələr bağlanıb, lakin həmin fəaliyyət nəticəsində əldə edilən külli miqdarda gəlirlərin ölkəmizdəki müvəkkil bank hesablarına qaytarılmaması ilə əlaqədar əsaslı şübhələr ortaya çıxıb.

Bu səbəbdən, bir sıra vəzifəli şəxslər cinayət məsuliyyətinə cəlb edilib. Mövcud vəziyyətlə bağlı ictimaiyyətdə yanaşmalar birmənalı deyil. Bir sıra mütəxəssislər hesab edir ki, bu həbslər və cinayət işləri kənd təsərrüfatı sektoruna mənfi təsir göstərə bilər.

Hüquqşünas Bəhruz Bayramov da Gununsesi.info-ya açıqlamasında bu məsələnin son zamanlar aktual olduğunu deyib.

Vəkil bildirir ki, kənd təsərrüfatı məhsullarını xaricə aparıb satan adamların sonradan istintaqa cəlb edilməsi bir sıra problemlərə səbəb olub:

“Bu pulların qayıtmaması barədə iddialar kökündən yanlışdır. Müəyyən gecikmələr ola bilər. Amma qanunvericilikdə də müəyyən boşluqlar var. Bu məsələ heç də ölkədən xaricə pul çıxarmaq anlamına gəlməməlidir. Bu gün bank faizləri də çoxdur, ona görə pulu əvvəlcədən nağd verirlər. Ümumiyyətlə, işin mahiyyəti ondan ibarətdir ki, həmin pullar Azərbaycana qayıdır. Bizneslə məşğul olan insanlar da məcbur olur, kənd təsərrüfatı məhsullarını aparanda nağd verirlər. Sonra da başqa yollarla gətirirlər. Həmin pullar yenə də Azərbaycana daxil olur. Kənd təsərrüfatı ilə məşğul olan insanlardan soruşun, onlar artıq bütün pullarını ödəyiblər. Çünki heç bir kəndçi pulunu ödəməmiş məhsulu vermir”.

Vəkil həmçinin deyir ki, məsuliyyətə cəlb olunan şəxslər məhsullarını aldıqları adamların istintaqa ifadəsində pulu sahibkardan əvvəlcədən almasına dair müraciəti, sonradan istintaq orqanını da çıxılmaz duruma salır:

“Ona görə də qanunvericiliklə bu məsələ daha aydın tənzimlənməlidir”

Geri qayıt