Əsas Səhifə > Güney Press > Xalası oğlunu qətlə yetirməkdə təqsirləndirilən şəxsin cəzası 5 il azaldılıb
Xalası oğlunu qətlə yetirməkdə təqsirləndirilən şəxsin cəzası 5 il azaldılıbDünən, 15:18 |
Bakıda xalası oğlunu qətlə yetirməkdə təqsirləndirilən Yusif İsmayılovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib. APA xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Mehriban Qarayevanın sədrliyi ilə keçirilən prosesdə qərar qəbul olunub. Qərara əsasən, şikayət təmin olunub və təqsirləndirilən şəxsin cəzası 12 ilə endirilib. Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Yusif İsmayılov 17 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Qeyd edək ki, hadisə bu il yanvarın 13-də Səbail rayonu ərazisində baş verib. Araşdırmalarla 1993-cü il təvəllüdlü Yusif İsmayılovun Səbail rayonu, Salyan şossesi 15 ünvanında aralarında yaranmış mübahisə zamanı xalası oğlu Etibar Fətəliyevə bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Yusif İsmayılov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub. 1995-ci il təvəllüdlü Fətəliyev Etibar Bəxtiyar oğlu bıçaqlanmış vəziyyətdə 3 saylı Təcili Tibbi Yardım stansiyasına gedib. O, təcili yardım avtomobili ilə xəstəxanaya aparılarkən qanaxmadan yolda dünyasını dəyişib. Qətlə yetirilən Etibar Fətəliyev fitnes üzrə idmançı olub. Geri qayıt |