Əsas Səhifə > Güney Press > Bakı şəhər məktəblilərinin müəllifi olduğu növbəti kitab çap edilib

Bakı şəhər məktəblilərinin müəllifi olduğu növbəti kitab çap edilib


Bu gün, 15:04
Bakı şəhər məktəblilərinin müəllifi olduğu növbəti kitab çap edilib
Cari ilin əvvəlində Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə
paytaxt məktəbliləri arasında “Heydər Əliyev və Azərbaycan tarixi”
mövzusunda ənənəvi elmi-praktiki konfranslar keçirilib. Bu konfranslarda
şagirdlər Azərbaycan tarixinin müxtəlif dövrləri barədə öz elmi məqalələri
ilə çıxışlar ediblər. Yekun konfransda rayonlar üzrə təqdim olunan işlərin ən
yaxşıları seçilərək kitab şəklində çap olunması qərara alınıb. Bu gün artıq
Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən qalib elan edilən mövzulardan
ibarət «Heydər Əliyev və Azərbaycan tarixi» adlı növbəti kitab işıq üzü
görüb.
Bakı Şəhər İcra Hakimiyyətində aparatın məsul işçılərinin, qalib seçilmiş
məktəblilərin, onların elmi rəhbərlərinin, bir sıra məktəblərin rəhbərlərinin,
KİV nümayəndələrinin iştirakı və şagirdlərin özlərinin aparıcılığı ilə keçirilən
təqdimat mərasiminin əvvəlində Ulu Öndər Heydər Əiyevin və
torpaqlarımızın azadlığı, ərazi bütövlüyü uğrunda həlak olmuş
şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Təqdimat mərasimində çıxış edən Bakı Şəhər İcra Hakimiyyəti başçısı
Aparatının İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş
şöbəsinin müdiri Elmin İmanov bildirdi ki, hər dəfə Azərbaycan tarixini
araşdırarkən dahi Heydər Əliyev və Prezident İlham Əliyevin fenomenini
daha yaxından başa düşürsən. Azərbaycan tarixində görkəmli şəxsiyyətlər
çoxdur, lakin Heydər Əliyevin tariximizdəki yeri misilsizdir.
Konfransda Binəqədi rayonu, 135 nömrəli məktəbin direktoru Şəfa
Qurbanova, Nəsimi rayonu, 247 nömrəli məktəbin tarix müəllimi Günay
Allahverdiyeva, Xətai rayonu, 29 nömrəli məktəbin şagirdi Sara Mehdiyeva
və başqaları çıxış edərək məktəblilərin, müəllimlərin bu layihəyə böyük
maraq göstərdiklərini və həvəslə iştirak etdiklərini bildirdilər. Qeyd olundu
ki, ənənəvi olan və hər il minlərlə şagirdi əhatə edən bu konfranslarda
şagirdlər Azərbaycan tarixinin müxtəlif dövrləri, o cümlədən Ulu Öndər
Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
Azərbaycan tarixindəki rolu, Vətən müharibəsində qazanılan Şanlı Qələbə
barədə öz elmi məqalələri ilə çıxışlar edirlər. Son nəticədə isə belə bir kitab
işıq üzü görüb.
Ümumilikdə, Bakı şəhərinin 300-dən artıq orta məktəbini əhatə etməklə
3000-dən çox şagirdin iştirak etdiyi paytaxtın hər rayonundan qalib
şagirdləri referatları Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə çap olunan
yeni kitaba daxil edilib.
Ənənəvi xarakterli bu müsabiqənin növbəti illərdə də keçirilməsi
nəzərdə tutulub.
Bakı Şəhər İcra Hakimiyyəti Mətbuat Xidməti

"DİA-AZ"

Bakı şəhər məktəblilərinin müəllifi olduğu növbəti kitab çap edilib
Bakı şəhər məktəblilərinin müəllifi olduğu növbəti kitab çap edilib
Bakı şəhər məktəblilərinin müəllifi olduğu növbəti kitab çap edilib
Bakı şəhər məktəblilərinin müəllifi olduğu növbəti kitab çap edilib

Geri qayıt