Əsas Səhifə > Güney Press / Ana xəbər > Rusiyanın daxili işlər naziri gizli şəkildə Qubaya gəlib
Rusiyanın daxili işlər naziri gizli şəkildə Qubaya gəlib17-04-2014, 12:08 |
|
"Azadlıq" qəzetinin redaksiyasına daxil olan məlumata görə, Rusiyanın daxili işlər naziri Vladimir Kolokoltsev Azərbaycandadır. O, Qubada "Riksos" otelində qalır. Qəzetə məlumat verən mənbə nazirin rayonda kortejlə hərəkət edərkən göründüyünü iddia edir. Başqa bir məlumatda isə Qubaya gələnin nazir yox, nazirliyin yüksək səviyyəli nümayəndələri olduğu deyilir. Mənbə rusiyalı nazirin, yaxud nazirlik nümayəndələrinin Qubaya hansı məqsədlə gəldiyi haqda məlumatın olmadığını deyir. Məlumatla bağlı Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq. Nazirlikdən bu barədə hər hansı informasiyanın olmadığını bildirdilər. Geri qayıt |