Əsas Səhifə > Güney Press > "Vörkşoplar regionlarda da gənclərin yararlanması üçün əlçatan olmalıdır"
"Vörkşoplar regionlarda da gənclərin yararlanması üçün əlçatan olmalıdır"Bu gün, 12:37 |
"Media savadlılığı kütləvi informasiyanın məzmunu, onun ötürülməsi və istehlakı üzrə biliyə sahib olma, tənqidi dəyərləndirmə, müxtəlif kontekstlərdə istifadə etmə və təhlil aparma qabiliyyətidir. Nəzəri baxımdan isə media savadlılığı bütün kommunikasiya formalarından və texnologiyalarından istifadə etməklə səmərəli şəkildə kütləvi informasiyanın axtarılması, təhlil edilməsi, tənqidi qiymətləndirilməsi, eləcə də müxtəlif məlumatların paylaşılması bacarıqlarından ibarətdir". Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib. "Medianın gündəlik həyatımızdakı yeri getdikcə artmaqdadır. İlk qəzetin çıxarılmasından günümüzə medianın növü, cəmiyyətə çatdırdığı mesajı, artan müxtəlifliyi mühüm ölçülərə çatıb. Günümüzdə “Media Savadlılığı” dərsi ABŞ-də məcburi dərslər siyahısındadır. Aparılan araşdırmalar, Azərbaycanda televiziya izləmə nisbətinin gündə orta hesabla 3-5 saat aralığında olduğunu göstərir. Bu hesablama ilə bir nəfər az qala günün altıda birini, bir ilin də, təxminən, 19%-ni televiziya izləyərək keçirir. Düşünürəm ki, cəmiyyətdə media savadlılığına dair fərqindəliyin artırılması və uğurlu beynəlxalq təcrübənin öyrənilməsi, həssas istifadəçi qrupu hesab olunan gənclərin bilik və bacarıqlarının inkişafı, informasiya mənbələri və axını ilə səmərəli qarşılıqlı əlaqənin qurulması, həmçinin məsuliyyətli rəqəmsal vətəndaşlığın təbliğ edilməsi məqsədilə Medianın İnkişafı Agentliyi tərəfindən hər il mütəmadi olaraq təşkil olunan “Media Savadlılığı” Həftəsində media əməkdaşları ilə yanaşı gənclərin də aktiv iştirakını təmin etmək vacibdir. Həmçinin bu proqramın əhatə dairəsinin genişləndirilməsi də vacidir. Belə ki bu təlimlər, media və kommunikasiya istiqamətini tədris edən akademik heyət üçün TOT proqramlar, müxtəlif hədəf qruplar üçün təşkil olunan vörkşoplar regionlarda da həm media əməkdaşları, həm də sosial medianın əsas istifadəçisi olan gənclərin yararlanması üçün əlçatan olmalıdır", - deputat bildirib. Geri qayıt |