Əsas Səhifə > Güney Press > Aişə əl-Dibs Azad Suriyanın ilk yüksək səviyyəli qadın məmur oldu

Aişə əl-Dibs Azad Suriyanın ilk yüksək səviyyəli qadın məmur oldu


Bu gün, 11:10
Aişə əl-Dibs Azad Suriyanın ilk yüksək səviyyəli qadın məmur oldu
Aişə əl-Dibs Suriyada Baas rejiminin devrilməsindən sonra qurulan müvəqqəti administrasiyada Qadınlarla İş üzrə İdarəsinin rəisi vəzifəsinə təyin edilib.
Sherg.az xəbər verir ki, Suriya Siyasi Məsələlər İdarəsindən verilən açıqlamada Dibsin Qadın İşləri İdarəsinin rəhbəri təyin edildiyi bildirilib.

Dibs Baas rejiminin süqutundan sonra ölkədə qurulan yeni administrasiyaya seçilən ilk yüksək səviyyəli qadın məmur oldu.

Daha əvvəl humanitar yardım sahəsində çalışmış Dibs sosial media hesabında özünü "qadınların və humanitar işlərin yaxşılaşdırılmasına yönəlmiş fəal" kimi təsvir edir.
Geri qayıt