Əsas Səhifə > Güney Press > Paşinyan Makronu iki il ərzində 5-ci dəfə Ermənistana dəvət etsə də, səfər baş tutmur
Paşinyan Makronu iki il ərzində 5-ci dəfə Ermənistana dəvət etsə də, səfər baş tutmurBu gün, 12:50 |
“Ermənistanın baş naziri Nikol Paşinyan Fransa prezidenti Emmanuel Makronu iki il ərzində 5-ci dəfə ölkəsinə dəvət etsə də, səfər baş tutmur”. APA xəbər verir ki, bu barədə “Sputnik-Armenia” yazıb. Materialda xatırlanır ki, bundan əvvəl Fransa liderinin Ermənistana sentyabrın 21-də bu ölkənin “Müstəqillik Günü” tədbirlərində iştirak etmək üçün gələcəyi açıqlansa da, bu dəfə də səfər reallaşmayıb. N. Paşinyan dekabrın 21-də onu doğum günü münasibətilə təbrik edib və dəvətini təkrarlayıb. Qeyd edək ki, Ermənistanın hökumət başçısı Fransa prezidentini 2022 və 2023-cü ilin iyulunda, eləcə də 2024-cü ildə dəfələrlə ölkəsində görmək istədiyini bəyan etsə də, E. Makron İrəvana gəlməyib. Fransa prezidenti sonuncu dəfə Ermənistanda 2018-ci ildə, Frankofoniya sammitində iştirak etmək üçün olub. Geri qayıt |