Əsas Səhifə > Güney Press > Sement ixracı bu il Azərbaycana 48 milyon dollar
Sement ixracı bu il Azərbaycana 48 milyon dollarBu gün, 12:12 |
2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycandan dəyəri 48 milyon 108 min 250 dollar həcmində 773 min 961 ton sement ixrac edilib. FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, sement ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 1 milyon 980 min dollar və ya 4,29% artıb, miqdar ifadəsində isə 31 min 195 ton, başqa sözlə, 3,87% azalıb. Xatırladaq ki, 2023-cü ilin ilk 11 ayında isə Azərbaycandan 46 milyon 127 min dollar dəyərində 805 min 156 ton sement ixrac edilmişdi. Qeyd edək ki, bu ilin yanvar-noyabr aylarında ixrac edilən sementin 1 kiloqramının orta ixrac dəyəri 10 qəpik olub. 2023-cü ilin eyni dövründə isə bu rəqəm 9 qəpik idi. Bu da illik müqayisədə 1 qəpik və ya 11,1% artım deməkdir. Bu il ümumi ixracının 0,20%-i, qeyri-neft sektoru üzrə ixracın isə təxminən 1,56%-i sementin payına düşüb. Geri qayıt |