Əsas Səhifə > Güney Press > İllər öncə sənətə gəlsə də...

İllər öncə sənətə gəlsə də...


Bu gün, 07:24
İllər öncə sənətə gəlsə də...
“Normalda təzə mahnı yaxud təzə şeir, qəzəl yazanda heç vaxt onu insanlara təqdim etmək iddiasında olmamışam. Bunu etdik, növbətiyə keçək deyə hər işimi görmüşəm. Həmişə də belə olub. Bu dəfə də dostlarım məcbur etdi ki, mütləq bunu kitab halında təqdim etməlisən, çünki bu istedad başqa müğənnidə olsaydı, sənin kimi özünü kənara çəkməzdi. Mən də dostlarımı qırmadım və ad günümdə qəzəllər kitabımı, yeni klipimi təqdim etdim”

Bunu Moderator.az-a açıqlamasında tanınmış müğənni Əminə Şirin deyib. O daha sonra əlavə edib:

“Dostlarımdan çox yarımışam, amma dostluq başqa anlamdır, həmkar başqa. Kim ki, deyir dostluq yoxdur, demək ki, özü də bacarmır. Dostlarımı çox sevirəm” deyə o bildirib.

Əminə xoşbəxtlik haqqında düşüncələrini də bizimlə bölüşüb:

“Xoşbəxtlik elə mən özüməm, özümdədir. O bir enerjidir ki, təbii halımla həm ana, həm müğənni, həm də qadın kimi bütöv xoşbəxtəm” deyə müğənni bildirib.
Əminə bildirib ki, illər öncə sənətə gəlsə də bir müddət fasilə verəndən sonra yenidən ulduzu parlayıb:

“Buna görə mənə dəstək olan insanlara, yaradanın istəyinə və baş verən gözəl hadisələrə öz razılığıma borcluyam” deyə o bildirib.

“Sənətdə hansının daha çox dəstəyini görmüsüz, Aygün Kazımovanın yoxsa Röyanın? Seçim qarşısında qalsaydınız hansını seçərdiniz?” sualına müğənni belə cavab verib:

“İlk gündən mənə Röya dəstək olub, bunu da hamı bilir. Seçim qarşısında qaldığım üçün Röya demirəm, ümumiyyətlə Röyanı seçirəm. Bu bir seçim deyil. Ona özümü borclu hesab etdiyim üçün də yox ki, mən onun adını çəkirəm. Sadəcə mən onu sevirəm və Vaqif Gərayzadənin yanına gəldiyim gündən də daha yaxın tanıdığım Röya olub” deyə Əminə Şirin bildirib.
Geri qayıt