Əsas Səhifə > Güney Press > Paşinyanın “təkliflər oyunu"
Paşinyanın “təkliflər oyunu"Dünən, 19:00 |
“Paşinyan heç bir əhəmiyyət kəsb etməyən təkliflər irəli sürməklə vaxt qazanmağa çalışır”. Bu sözləri politoloq Rəşad Bayramov “Cebheinfo.az”-a açıqlamasında Ermənistan Baş naziri Nikol Paşinyanın son çıxışında Azərbaycana ikitərəfli silahlara nəzarət mexanizmi ilə bağlı təklifinin mahiyyətini şərh edərkən bildirib. Politoloq bildirib ki, Azərbaycan bu cür təkliflərin müzakirəsinə zaman ayırmayacaq: “Paşinyanın qarşılıqlı silahlara nəzarət mexanizmi, habelə hücum etməmək haqqında paktın imzalanması ilə bağlı səsləndirdiyi fikirlər yeni məlumat deyil. Bu ilin yanvarında da Paşinyan öz çıxışında belə bir təklif irəli sürmüşdü. Ümmumiyyətlə, Nikol Paşinyan zaman-zaman sülh sazişinə aiddiyyəti olmayan təkliflər irəli sürür. Bu da sülh prosesindən diqqəti yayındırmağa istiqamətlənib. İndiki mərhələdə sülh sazişinin razılaşdırılmamış iki bəndi üzərində fokuslanmaq əvəzinə Paşinyanın təkliflərini müzakirə etmək vaxt itkisidir. İrəvan belə bir təkliflər irəli sürməklə zaman qazanmağa çalışır. Bu baxımdan Ermənistan tərəfinin heç bir praktiki əhəmiyyətə malik olmayan təklifləri qəbuledilməzdir. Ən əsası odur ki, tərəflər arasında sülh sazişi imzalanmalıdır. Bu sazişə əsasən hər iki tərəf üzərində öhdəliklər götürücək. Əlbəttə ki, qarşıqlıqlı ərazi bütövlüyünün tanınması və gələcəkdə ərazi iddialarının irəli sürülməməsi ilkin prioritet olacaq. Əlavə bir sazişin imzalanmasına da ehtiyac yoxdur. Qeyd edim ki, 30 il ərzində Ermənistan Azərbaycanın ərazisinə təcavüz etməklə və ölkəmizin ərazilərini işğal altında saxlamaqla beynəlxalq hüququn normalarını və silahlara nəzarət üzrə beynəlxalq müqavilələri kobud şəkildə pozub”. Politoloq əlavə edib ki, Ermənistan siyasi manipulyasiya ilə məşğuldur: “Özünü sürətlə silahlandıran və yeni silah-sursat almaq üçün Fransa, Hindistan və Yunanıstan ilə milyard dəyərində müqavilələr imzalayan Ermənistan bu cür təkliflər irəli sürməsi siyasi manipulyasiyadır. Azərbaycan bu məsələlərin müzakirəsinə razılıq verməyəcək”. Geri qayıt |