Əsas Səhifə > Güney Press > Azərbaycanda 24 illik şirkət
Azərbaycanda 24 illik şirkətBu gün, 00:05 |
"Aynur-119" ASC (bundan sonra "Cəmiyyət") öz səhmdarlarını 2 fevral 2025-ci il saat 11:00-da keçiriləcək illik ümumi yığıncağa dəvət edir. "DİA-AZ" xəbər verir ki, illik ümumi yığıncaq Bakı şəhəri, Kövkəb xanım Səfərəliyeva küçəsi, 16 e Time Business Center, 8-ci mərtəbə ünvanında keçiriləcəkdir. Ümumi yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxildir: 1. "Aynur-119" ASC-nin İdarə Heyətinin 2024-cü ilin yekunlarına görə hesabatının təsdiqi 2. "Aynur-119" ASC-nin 31.12.2024-cü tarixinə maliyyə maliyyə nəticələrinin təsdiqi. 3. "Aynur-119" ASC-nin ləğv edilməsi. Səhmdarlar ümumi yığıncağın gündəliyi üzrə materiallarla 10.01.2025-ci il tarixindən sonra iş günləri saat 10:00-dan 13:00-dək, Səhmdar Cəmiyyətin Bakı şəhəri, Kövkəb xanım Səfərəliyeva küçəsi, 16 e Time Business Center, 8-ci mərtəbə ünvanına, səhmdar cəmiyyətinin rəhbərliyinə müraciət etməklə tanış ola bilərlər. Yığıncaqda iştirak etmək vacibdir. Ümumi yığıncaqda onlayn iştirak etmək arzusunda olan səhmdarlar [email protected] e-mail ünvanına və ya +994 50 2221322 əlaqə nömrəsinə müraciət edərək qoşulma linkini əldə edə bilərlər. Qeyd edək ki, "Aynur-119" ASC (VÖEN: 1500016431) 11 yanvar 2000-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkət 46 170 manat nizamnamə kapitalına malikdir. Əziz İsmayılov Maarif oğludur. Hüquqi ünvanı AZ1110, Bakı şəhəri Nərimanov rayonu, AK.Həsən Əliyev, ev.119 ünvanıdır. Geri qayıt |