Əsas Səhifə > Güney Press > İşçiləri necə gəldi İXTİSAR ETMƏK OLMAZ...
İşçiləri necə gəldi İXTİSAR ETMƏK OLMAZ...Bu gün, 08:50 |
Bu sual da - əmək münasibətlərində bir çox hallarda əmək mübahisəsi olur və məhkəmə predmeti yaradır.İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən-hansı əsaslar nəzərə alınmalıdır? 1.Bu halda işəgötürən tərəfindən: AR Əmək Məcəlləsinin79-cu maddəsində qeyd olunan işçilərlə əmək müqaviləsi ləğv edilə bilməz, bu Məcəllənin 78 - ci maddəsində nəzərdə tutulan güzəşt, təminatlar nəzərə alınmalıdır 2.Əmək Məcəlləsində nəzərdə tutulan işçilər istisna olmaqla, digər bütün işçilər arasında ayrı - seçkilik (diskriminasiya) edilə bilməz. 3. Bu halda Həmkarlar İttifaqları Təşkilatının razılığı əvvəlcədən alınmalıdır. 4. İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarının həyata keçirilməsi üçün - müvafiq əsaslar olmalıdlr. 5. İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilməsi - əmrlə müvafiq qaydada əsaslandırılmalıdır. 6. İşçilərin peşəkarlıq səviyyəsi - əvvəlcədən müəyyən edilməlidir. 7. AR Əmək Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, işçilərin sayı azaldılarkən və ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və ya peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olanişçilər işdə saxlanılır. 8. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. 9. AR Əmək Məcəlləsində peşəkarlığın hansı qaydada müəyyən edilməsi çox təəssüf ki, birbaşa olaraq göstərilmir. 10. Bu halda işəgötürən tərəfindən işçilərin qeyd olunan peşəkarlığı aşağıdakı qaydada müəyyən edilə bilər: İşçilərin peşəkarlığının düzgün və ya qanuni həyata keçirilməməsi, işəgötürənin əmrinin məhkəmə qaydasında ləğv edilməsi ilə nəticələnə bilər. Peşəkarlığın müəyyən edilməsi işəgötürənin əvvəlcədən müəyyən etdiyi -hər bir kriteriya üzrə müəyyən ballar üzrə hesablanmaqla təyin edilə bilər. İşçinin əmək vəzifələrini, xüsusən də əmək funksiyalarını hansı səviyyədə və ya qaydada yerinə yetirməsi, bu sahədə nailiyyətləri, hər ilin nəticəsinə görə əmək fəaliyyətinin və ya işlərinin qiymətləndirilməsi ilə də həyata keçirilə bilər. Təhsili, əmək funksiyalarını yerinə yetirmək qabiliyyəti və bacarığı, taarif vəzifə dərəcəsi, işə davamiyyəti,işlə əlaqədar aldığı sertifikat, tərifnamə və digər mükafatlar, peşəkarlığı ilə əlaqədar əmək haqqına əlavə və mükafatlar, Əmək funksiyasının yüksək səviyyədə yerinə yetirməsilə əlaqədar aldığı birdəfəlik pul və s mükafatları, iş stajı, müəssisənin daxili nizam intizam qaydalarına əməl etməsi, əmək intizamı məsuliyyətinə cəlb olunması və sair kriteriyalar. Bu və işəgötürənin təyin etdiyi digər əsas və ya kriteriyalar işəgötürən t-n əhəmiyyətinə görə əvvəlcədən ardıcıl olmaqla, ayrı seçkilik salınmadan, bütün işçilər üçün eyni qaydada tədbiq edilməklə işçilərin peşəkarlıq səviyyəsi müəyyən edilə bilər. Peşəkarlığın müəyyən edilməsi işəgötürənin əvvəlcədən müəyyən etdiyi hər bir kriteriya üzrə müəyyən ballar üzrə hesablanmaqla təyin edilə bilər. 11. Peşəkarlığın müəyyən edilməsi və ya əmək müqaviləsinun ləğvi ilə əlaqədar işçi müvafiq qaydada məhkəməyə müraciət edə bilər. Azər Quliyev Neftçilərin Hüquqlarının ümdafiəsi Təşkilatının Eksperti - "DİA-AZ" (dia-az.link) Geri qayıt |