Əsas Səhifə > Güney Press > "Robert Köçəryan, Serj Sarkisyan, Seyran Ohanyan...

"Robert Köçəryan, Serj Sarkisyan, Seyran Ohanyan...


Dünən, 23:34
"Robert Köçəryan, Serj Sarkisyan, Seyran Ohanyan...
“Müharibə cinayətləri bəlli olduğu kimi savaş qanunlarının və insan haqlarının ciddi şəkildə pozulmasıdır. Bu da çox vaxt cəmiyyət və beynəlxalq ictimaiyyət üçün ağır nəticələr gətirir. Müharibə cinayətlərinin nəticələri onun qurbanlarına ən ağır səviyyədə, psixoloji və fiziki iztirablarla təsir edir. Təəssüf ki müharibə cinayətlərinin icraçılarının məsuliyyətə cəlb edilməməsi beynəlxalq hüququ sarsıdır və ona olan inamı sarsıdır”.
Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Müşfiq Cəfərov danışıb. Deputat qeyd edib ki, müharibə cinayətlərinin ən narahatedici nəticələrindən biri qanunun aliliyinin pozulmasıdır, xüsusən də bu cür cinayətlərə görə məsuliyyət daşıyanlar çox az və ya heç bir məsuliyyətlə üzləşmədikdə bu hal özünü göstərir.

“Ermənistan 30 illik işğalçılıq siyasəti dövründə saysız-hesabsız cinayətlər törədib. Bu cinayətlər arasında Birinci Qarabağ müharibəsi dövründə 4 minə yaxın azərbaycanlının itkin düşməsi və onlara qarşı qeyri-insani rəftarları xüsusi yer tutur. Ermənistanın beynəlxalq cinayətkar olmasını azad olunan ərazilərdə aşkarlanan kütləvi məzarlıqlar da sübut edir. Fərrux yüksəkliyində, Daşaltı kəndində, Xocavənd rayonunun Edilli kəndində kütləvi məzarlıqlar aşkar edildi. Daha sonra, Kəlbəcərin Başlıbel kəndində, Şuşa türməsinin ərazisində, Ağdam rayonunda, Kəlbəcərdə belə məzarlıqlar üzə çıxarıldı. Bir müddət əvvəl də Xocalı soyqırımının qurbanlarının bir hissəsinin kütləvi basdırıldığı ərazi aşkarlandı. Bütün bunlar erməni vandalizminin göstəriciləridir. Dəhşətlisi həm də odur ki, kütləvi məzarlıqda aşkar olunan cəsədlərdə zorakılıq halları aşkar olunub.

Birinci Qarabağ müharibəsində təxminən 3890 vətəndaşımız Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında itkin düşmüş şəxs kimi qeydiyyata alınıb. Onların qətlində indi Ermənistanda azad şəkildə gəzən bir sıra şəxlərin, əslən, sabiq prezidentlər Robert Köçəryanın və Serj Sarkisyanın, keçmiş müdafiə naziri Seyran Ohanyanın iştirakı sirr deyil. Amma bu şəxslər hələ də əməllərinə görə layiqli cəzalarına çatmayıblar”.

Müşfiq Cəfərov qeyd edib ki, müharibə cinayətlərinin icraçıları məsuliyyətə cəlb edilmədikdə, bu cür hərəkətlərin münaqişə zamanı məqbul və hətta icazəli olduğu barədə təhlükəli fikir yaranır: “Bu, beynəlxalq hüququ sarsıdır və soyqırım, müharibə və insanlığa qarşı digər cinayətlər kimi ağır hallara görə şəxsləri mühakimə etmək üçün nəzərdə tutulmuş Beynəlxalq Cinayət Məhkəməsi kimi hüquqi institutların etibarını zəiflədir”.
Geri qayıt