Əsas Səhifə > Güney Press > Ermənistanın dövlətsizləşdirilməsi planı var

Ermənistanın dövlətsizləşdirilməsi planı var


Dünən, 17:49
Ermənistanın dövlətsizləşdirilməsi planı var
Azərbaycanın yeni bəyanatları Ermənistanın dövlətsizləşdirilməsi planının olduğunu göstərir.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistan parlamentində daşnak deputat İşxan Saqatelyan deyib.

Saqatelyan sərsəmləyərək deyib ki, Azərbaycan tərəfdən gələn son bəyanatlar bir daha təsdiq edir ki, müzakirə olunan sülh müqaviləsi deyil, Ermənistanın dövlətsizləşdirilməsi proqramıdır.

“Hüquqların müdafiə vasitələrindən imtina etmək, beynəlxalq məhkəmələrdən iddiaları geri götürmək, ATƏT-in Minsk Qrupunun buraxılması, Ermənistanın Konstitusiyasına dəyişiklik edilməsi tələbləri, Ermənistan ordusuna qarşı tələblər erməni amilinin və kimliyinin məhvinə yönəlib”,-deyə revanşist mövqeyi ilə bilinən daşnak siyasətçi bu sözləri işlədib.

Geri qayıt