Əsas Səhifə > Güney Press > Ərdoğan və Makron arasında telefon danışığı olub
Ərdoğan və Makron arasında telefon danışığı olubBu gün, 15:25 |
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub. APA xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb. Məlumatda bildirilib ki, iki lider arasındakı telefon danışığının əsas gündəmi Suriya olub. Ərdoğan Suriyanın ərazi bütövlüyü və suverenliyinin qorunmasının vacib olduğunu, Fransanın Suriyadakı səfirliyini yenidən açmaq qərarından məmnun olduğunu bildirib. Telefon danışığı zamanı həmçinin Türkiyə ilə Fransa arasında ikitərəfli əlaqələr, regional və qlobal məsələlər müzakirə edilib. Geri qayıt |