Əsas Səhifə > Güney Press > Ermənistan və onun havadarlarına növbəti mesaj

Ermənistan və onun havadarlarına növbəti mesaj


Bu gün, 14:41
Ermənistan və onun havadarlarına növbəti mesaj
Ölkə başçısı cənab İlham Əliyev son illərdə dünyanın və Avropanın bir
sıra aparıcı informasiya agentlikləri və televiziya kanallarına müsahibələr
verib. Müsahibələrdə cənab Prezident ölkəmizin xarici siyasəti, enerji
strategiyası, bir çox beynəlxalq təşkilat və xarici dövlətlərlə qurulan, inkişaf
etdirilən iqtisadi və digər sahələrdəki əməkdaşlıq əlaqələrinə aydınlıq
gətirib, qonşu Ermənistan və onun havadarlarına müsajlar ünvanlayıb.
Dekabrın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
Ümumrusiya Dövlət Televiziya və Radio Yayımı Şirkəti və Rusiyanın “RİA
Novosti” Agentliyi üçün “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya
Agentliyinin Baş direktoru, “Rossiya-1” televiziya kanalında “Vesti nedeli”
proqramının müəllifi və aparıcısı Dmitri Kiselyova genişməzmunlu
müsahibə verib. “Rossiya-1” televiziya kanalında yayımlanan müsahibədə
bir sıra önəmli məqamlara toxunulub.
Kanala müsahibəsində Azərbaycanla onun yaxın qonşusu və strateji
tərəfdaşı olan Rusiya Federasiyası ilə əlaqələrə toxunan ölkə başçısı qeyd
edib ki, “Bu gün Rusiya və Azərbaycan iki etibarlı tərəfdaşdır və
düşünürəm ki, buna Azərbaycan və Rusiyada heç bir şübhə yoxdur”.
“Artıq dediyim kimi, ölkələrimiz üçün çətin vaxtlarda biz həmişə həm
vəziyyətin dərk olunmasını nümayiş etdirmişik, həm də özümüzü
dostcasına aparmışıq”, - deyən dövlət başçısı bundan sonra da belə
olacağına əminliyini ifadə edib. Deyib ki, əlbəttə, biz iqtisadi-ticari
əməkdaşlıq üçün fəal şəkildə yeni sahələr tapmağa davam edirik.
Ölkəmizin xarici siyasətinə toxunan Prezident, həmçinin bildirib ki,
xarici siyasətinin xüsusiyyətlərinə görə istər Qərbdə, istərsə də Şərqdə
Azərbaycan müstəqil xarici siyasət yürüdən tamamilə müstəqil aktyor kimi
qəbul edilir: “Həm də ona görə ki, bu, eyni zamanda həm Rusiyanın, həm
də NATO üzvü Türkiyənin müttəfiqi olan yeganə ölkədir. Dünyada ikinci
belə ölkə yoxdur”.
Vurğulanıb ki, Azərbaycan Türkiyə ilə hər il 10-dan çox birgə təlim
keçirir. Bu təlimlərin yarısı Azərbaycanda, yarısı isə Türkiyədə keçirilir. Artıq
mahiyyət etibarı ilə hərbi əməliyyatların yüksək dərəcədə keçirilməsinə nail
olunub. Təbii ki, bu da öz növbəsində Qafqazda sabitliyin mühüm amilidir.
Hazırda dünya və baş verən hadisələrin inkişafı bir daha sübut edir ki,
dünya əsaslı şəkildə dəyişib və İkinci Dünya müharibəsi nəticəsində
yaranmış reallıqlar, müəyyən edilmiş oyun qaydaları bu gün artıq işləmir.
Bu faktı isə hətta qlobal aktyorlar da gizlətmirlər.
Əksər müsahibələrində və çıxışlarında olduğu kimi dövlət başçısı bu
müsahibəsində də Ermənistanla olan münasibətlərə toxundu və
Ermənistanın havadarları, xüsusilə də Fransanın regionumuz üçün təhlükə
yaradan siyasətindən danışdı. Bildirildi ki, Makron hökumətinin
Ermənistana tədarük etdiyi silahlar hücum silahlarıdır, öldürücüdür və
Azərbaycan üçün praktiki təhlükə yaradır.
Vurğulanıb ki, Fransa Avropanın mərkəzində - Korsikada Korsika dilini
qadağan edirsə, bu dilin ictimai yerlərdə istifadəsinə icazə vermirsə, o
zaman Yeni Kaledoniya haqqında nə demək olar? Bu, nəyə yarayar? Bu
demokratiyadır? Bu, insan hüquqlarıdır?
Dövlətimizin başçısı vurğulayıb: “Yəni, Fransa ola bilər ki, nə vaxtsa
böyük ölkə, dahi mütəfəkkirlər, böyük alimlər, yazıçılar ölkəsi olub. Amma
indi belə deyil. Hazırda Makron rejimi mahiyyət etibarilə Fransanı uğursuz
dövlətə çevirir”.
Dövlət başçısı deyib ki, Ermənistanla sərhədimizin uzunluğu min
kilometrdən çox olduğunu, bir çox yaşayış məntəqələrinin sərhədə yaxın
yerləşdiyini və bu yaşayış məntəqələrinin əksəriyyətinə keçmiş köçkünlərin
qayıtdıqlarını nəzərə aldıqda, təbii ki, biz bu prosesi yalnız kənardan
müşahidə edə bilmərik.
“Biz dəfələrlə Ermənistana və onun ABŞ Dövlət Departamentindəki
himayədarlarına çatdırmışıq ki, buna son qoyulmalıdır. Amma təəssüf ki,
bizim səsimiz eşidilmir, Ermənistanın silahlanması prosesi sıçrayışla gedir”,
- deyə Prezident əlavə edib.
Dövlətimizin başçısı deyib ki, Azərbaycanda Ermənistandan gələnlərin
icması var, onlar 1980-ci illərin sonunda – 1990-cı illərin əvvəlində
deportasiya olunmuş təxminən 300 min azərbaycanlıdır. Bu icma qayıtmaq,
reinteqrasiya üçün onlara belə bir şəraitin yaradılmasına dair Ermənistan
rəhbərliyinə rəsmi müraciət edib.
“Çünki onların 1990-cı illərin əvvəlində oradan deportasiyası o demək
deyil ki, bu insanların qayıtmaq hüququ yoxdur. Ona görə də biz hələ bu
günədək Ermənistan rəhbərliyindən azərbaycanlıların öz tarixi torpaqlarına
reinteqrasiyası prosesini necə görmələri barədə cavab almamışıq”, - deyə
dövlətimizin başçısı əlavə edib.

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü
"DİA-AZ"

Geri qayıt