Əsas Səhifə > Güney Press > "Timurun əslən Azərbaycanın hansı bölgəsindən olduğunu bilmirik...

"Timurun əslən Azərbaycanın hansı bölgəsindən olduğunu bilmirik...


Bu gün, 13:11
"Timurun əslən Azərbaycanın hansı bölgəsindən olduğunu bilmirik...
“Luqansk və Donetsk vilayətlərində döyüş tapşırıqlarını yerinə yetirən Timur döyüş əməliyyatları zamanı dəfələrlə yaralansa da, yenidən Vətənimizin müdafiəsinə qayıdıb...”

"Səmimi, cəsarətli, sevən, qayğıkeş oğul, ər və ata idi. Qardaşlarına və hərbi andına sadiq idi..."

“Timuru şəxsən tanımırdım. Amma bilirəm ki, Ukraynanın Lvov vilayətinin İzborniki kəndində yaşayıb. Həyat yoldaşı və iki oğlu ilə... Səmimi, cəsarətli, sevən, qayğıkeş oğul, ər və ata olub. Döyüş qardaşlarına və hərbi andına sadiq olub. Hərbi borcunu cəsarətlə yerinə yetirərək Ukraynanın azadlığı və müstəqilliyi uğrunda, Rusiya işğalçılarına qarşı gedən döyüşlərdə Luqansk istiqamətində qəhrəmancasına həlak oldu”.

Bunu Moderator.az-a açıqlamasında dekabrın 10-da Rusiya işğalçılarına qarşı savaşda həlak olmuş Əliyev Timur Asif oğlu
haqda danışan Ukraynadakı Azərbaycan diasporunun tanınmış nümayəndəsi Elşad Ələsgərov söyləyib.

“O, 2022-ci ilin iyul ayından 3-cü hücum briqadasının tərkibində dövlətimizi işğalçılardan müdafiə edib. Luqansk və Donetsk vilayətlərində döyüş tapşırıqlarını yerinə yetirən Timur hərbi əməliyyatlar zamanı dəfələrlə yaralansa da, yenidən Vətənimizin müdafiəsinə qayıdıb.

Özündən sonra Timurun atası, anası, həyat yoldaşı, iki oğlu, qardaşı, bacısı və bacısı oğulları qalıb.

Təəssüf ki, Timurun əslən Azərbaycanın hansı bölgəsindən olduğunu bilmirik. Amma dəqiqləşdirməyə çalışırıq... Əsas odur ki, igid bir soydaşımız idi və bizim ikinci Vətənimiz olan Ukryanuğrunda cəsarətlə döyüşdü və həlak oldu...

Şəhidimizin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm!..

Allah rəhmət eləsin! Rəbbimiz dünyaya və Ukraynaya daimi sülh nəsib etsin!”- deyə diaspor nümayəndəsi əlavə edib.

Geri qayıt