Əsas Səhifə > Güney Press > 2025-ci ildə valyuta bazarında sabitlik təmin ediləcək
2025-ci ildə valyuta bazarında sabitlik təmin ediləcəkBu gün, 11:10 |
2024-cü ilin noyabr ayının sonuna Mərkəzi Bankın valyuta ehtiyatları 10.9 mlrd. ABŞ dolları təşkil edib. Bu da beynəlxalq səviyyədə qəbul olunmuş müvafiq kifayətlilik normalarını əhəmiyyətli dərəcədə üstələyir. Bu barədə “DİA-AZ” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir. Qeyd edilib ki, AMB-nin valyuta ehtiyatlarının cari səviyyəsi 3 aylıq mal və xidmət idxalından 2 dəfə çoxdur. Cari əməliyyatlar hesabında proqnozlaşdırılan profisit 2025-ci ildə də valyuta bazarında sabitliyin təmin ediləcəyini gözləməyə əsas verir. Oktyabr proqnozuna görə 2025-ci ildə cari əməliyyatlar hesabının profisitinin 5.5 mlrd. ABŞ dolları səviyyəsində olacağı gözlənilir. Geri qayıt |