Əsas Səhifə > Güney Press > Azərbaycanda hərbi xidmət müddəti AZALDILIR?
Azərbaycanda hərbi xidmət müddəti AZALDILIR?Dünən, 22:08 |
Həqiqi hərbi xidmət müddətinin azaldılması məsələsi müzakirə mövzusu deyil. Bu barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaydığı məlumatda qeyd edilib. Qurumdan bildirilib ki, sosial şəbəkə səhifələrində tirajlanan xəbərlər, həmçinin ekspertlər tərəfindən bildirilən fikirlər ictimaiyyət arasında çaşqınlıq yaradıb. Hərbi xidmətlə bağlı ediləcək hər bir dəyişikliyin mətbuata rəsmi formada bildiriləcəyi deyilib. Referans.az Milli Məclisin deputatı Arzu Nağıyevlə sözügedən təklif haqqında danışıb. Deputat bildirib ki, Milli Məclis tərəfindən hərbi xidmət müddətinin azaldılması ilə bağlı cəmiyyətdə yayılan mahiyyətdə təklif irəli sürülməyib. Bu təklif sadəcə hərbi xidmətin son yaş həddinin 35 yaşdan 30 yaşa endirilməsi olub. “Bu islahatlar arasında ən mühüm məsələlərdən biri də həqiqi hərbi xidmətə çağırış məsələsidir. Bu istiqamətdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin apardığı işlər də təqdirəlayiq hal kimi dəyərləndirilir. Layihədə aidiyyəti dövlət orqanları arasında tibbi müayinənin nəticələrinin elektron əldə edilməsi, əlilliyi müəyyən olunmuş çağırışçıların tibbi müayinəsinə dair müvafiq qərarın onların əyani formada tibbi müayinəsi aparılmadan çağırışçıya dair elektron informasiya sistemində mövcud olan məlumatlar əsasında qəbul edilməsi, müvafiq dövlət orqanlarının sistemlərinin qarşılıqlı inteqrasiyası ilə bağlı müddəalar əks olunub. Bundan başqa, layihədə müddətli həqiqi hərbi xidmətə çağırış üçün nəzərdə tutulan son yaș həddinin 35-dən 30 yaşa endirilməsi təklif olunub”. Geri qayıt |