Əsas Səhifə > Güney Press > Paşinyan Fransanın yeni baş nazirini

Paşinyan Fransanın yeni baş nazirini


Dünən, 17:42
Paşinyan Fransanın yeni baş nazirini
Ermənistanın baş naziri Nikol Paşinyan Fransa Respublikasının yeni baş naziri Fransua Bayruya təbrik məktubu göndərib.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Paşinyan erməni və fransız xalqlarının möhkəm dostluğuna əsaslanan xüsusi münasibətlərin genişləndirilməsi istiqamətində sıx əməkdaşlığın vacibliyini vurğulayıb.
Paşinyan Ermənistan və Fransa arasında strateji əməkdaşlığın, xüsusən də iqtisadi əməkdaşlıq çərçivəsində inkişafı üçün birgə səylər göstərmək əzmində olduğunu bildirib.

“Sizi yaxın gələcəkdə Ermənistanda rəsmi səfərdə qəbul etmək mənim üçün böyük şərəf olacaq”, - erməni baş nazir qeyd edib.

Geri qayıt