Əsas Səhifə > Güney Press > “Qanun qüvvəyə mindikdən sonra 30 yaşdan yuxarı heç kim orduya çağırılmayacaq"
“Qanun qüvvəyə mindikdən sonra 30 yaşdan yuxarı heç kim orduya çağırılmayacaq"Dünən, 18:58 |
“30 yaşdan yuxarı olan şəxsləri daha hərbi xidmətə çağırmayacaqlar. Çağışrışçının 30 yaşında qədər müxtəlif ssağlamlıq, təhsil və s. səbəbləri ola bilər. Amma çağırışçı 30 yaşından yuxarıdırsa, daha heç bir səbəb rol oynamır. 30 yaş artıq hərbi xidmətə çağırışın son həddidir. Əvvəl 35 yaş idi, hazırda bu yaş həddi azaldıldı”. Bu barədə Bizimyol.info xəbər portalına ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov danışıb. Hərbi ekspert qeyd edib ki, xəstəliklə bağlı hər 3 ildən bir komissiya tərəfindən təsdiq keçirilir, yarasız təsdiqi əsasında onlara möhlət verilir. Hərbi ekspert bildirib ki, 30 yaşa qədər 4 dəfə komissiya bunu təsdiq edirdi, bunun mexanizmi belə idi. “Qanun qüvvəyə mindikdən sonra 30 yaşdan yuxarı heç kim orduya çağırılmayacaq. Bunun üçün heç bir yerə, heç bir sənəd təqdim etməyə ehtiyac yoxdur. Qanunda 30 yaş yazılıb. 30 yaşdan yuxarı şəxslər çağırışçı siyahısından silinəcəklər. Əsas sənəd, qanundur və bu da qanunda qeyd edilib. Bu yaşa qədər hansı səbəbdən getməyib, hansı səbəbdən çağırılmayıb, bu nüanslar heç kimi maraqlandırmalı deyil. Çünki bundan sonra orduya 30 yaşdan yuxarı şəxslər çağırılmayacaq”-deyə hərbi ekspert əlavə edib. Geri qayıt |