Əsas Səhifə > Güney Press > Azərbaycanda 3 sığorta vasitəçisinin lisenziyasının qüvvəsi dayandırılıb
Azərbaycanda 3 sığorta vasitəçisinin lisenziyasının qüvvəsi dayandırılıbDünən, 17:01 |
Azərbaycan Mərkəzi Bankı 2 fiziki şəxsə sığorta agenti və 1 fiziki şəxsə sığorta brokeri fəaliyyətinə verdiyi lisenziyaların qüvvəsini 1 ay müddətinə dayandırıb. "Report" bu barədə tənzimləyici quruma istinadən xəbər verir. Məlumata görə, bu qərar dekabrın 16-da “Sığorta fəaliyyəti haqqında” qanuna uyğun olaraq qəbul edilib. Lisenziyaların qüvvəsi müvafiq hesabat təqdim edilmədiyi üçün dayandırılıb. Geri qayıt |