Əsas Səhifə > Güney Press > Suriyalı ermənilər İrəvana axışırlar:

Suriyalı ermənilər İrəvana axışırlar:


Dünən, 16:24
Suriyalı ermənilər İrəvana axışırlar:
Son günlər Suriyada vəziyyət sakitləşsə də, ermənilər arasında hələ də çoxları Ermənistana köçmək istəyir.

Publika.az xəbər verir ki, Suriyanın Homs şəhərindən Ermənistana qayıdan Seda Sefetyan dekabrın 17-də Zvartnots beynəlxalq hava limanında NEWS.am -ın müxbiri ilə söhbətində belə deyib.

Sefetyanın sözlərinə görə, Suriyada hakimiyyətə gələn yeni qüvvələr hər şeyin əvvəlki kimi olacağına söz veriblər.

“Lakin biz hələ də prosesin gələcək inkişafını gözləyirik", - Sefetyan əlavə edib.

Qeyd edək ki, dekabrın 17-də Suriya ermənilərinin ikinci qrupu Beyrut-İrəvan reysi ilə Ermənistana qayıdıb.

Geri qayıt