Əsas Səhifə > Güney Press > “Norm” şirkətinin Müşahidə Şurasının yeni tərkibi təsdiq ediləcək

“Norm” şirkətinin Müşahidə Şurasının yeni tərkibi təsdiq ediləcək


Dünən, 16:12
“Norm” şirkətinin Müşahidə Şurasının yeni tərkibi təsdiq ediləcək
“NORM” Açıq Səhmdar Cəmiyyətinin 17 yanvar 2025-ci il tarixində saat 11:00-da AZ1083, Bakı Şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi, Salyan şosesi (Səngərqaya-1 yolu), ev 7-ci km 1 ünvanında “Norm” Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir.

Banker.az xəbər verir ki, ümumi yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxil edilir:

1. Cəmiyyətin müşahidə şurasının yeni tərkibinin təsdiq edilməsi ilə əlaqədar məsələlərin müzakirə edilməsi;

2. Cəmiyyətin cari fəaliyyəti ilə bağlı digər məsələlərin müzakirə edilməsi.

Ümumi yığıncağın gündəliyi üzrə əlavə məlumatları Cəmiyyətin AZ1083, Bakı Şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi, Salyan şosesi, ev 7-ci km 1 ünvanındakı ofisində iş günləri saat 10:00-dan 17:00-dək əldə edə bilərsiniz.

Geri qayıt