Əsas Səhifə > Güney Press > Putin Paşinyanla görüşdən imtina etdi
Putin Paşinyanla görüşdən imtina etdi14-12-2024, 17:03 |
Rusiya Prezidenti Vladimir Putin Moskvaya gələn Ermənistan Baş naziri Nikol Paşinyanla görüşməkdən imtina edib. Teleqraf.com xəbər verir ki, bu barədə “Past” məlumat yayıb. Nəşr xatırladır ki, ötən gün Moskvada Paşinyanın sədrliyi ilə Avrasiya İqtisadi Birliyinin (AİB) toplantısı keçirilib: “Ermənistan başçısı iclasda yenidən özünün uğursuz (nəqliyyat dəhlizləri ilə bağlı) “Sülh qovşağı” layihəsindən danışıb, baxmayaraq ki, Moskva dəfələrlə bu projeyə qarşı çıxıb. Rusiya prezidentinin Paşinyanla görüşməməsi diqqət çəkir. Kremlin sözçüsü Dmitri Peskov elə dünən AİB sessiyası çərçivəsində Paşinyan və Putin arasında Moskvada ikitərəfli görüşün planlaşdırılmadığını açıqlayıb. Peskov qeyd edib ki, Ermənistan liderinin MDB-nin dekabrın 25-26-da Sankt-Peterburqda keçirilməsi planlaşdırılan qeyri-rəsmi sammitində iştirakı gözlənilir. Adətən Moskvada belə sessiyalar keçirilərkən, Rusiya prezidentinin Paşinyan və digər ölkələrin nümayəndələri ilə ayrı-ayrılıqda görüşləri olur. Mənbələrimizin bildirdiyinə görə, bu dəfə Putin görüşdən imtina edib və Ermənistan tərəfinə bu barədə son anda, Paşinyan artıq Moskvada olarkən məlumat verilib”. Geri qayıt |