Əsas Səhifə > Güney Press / Ana xəbər > Yol problemu Saatlı sakinlərini ayağa qaldırdı

Yol problemu Saatlı sakinlərini ayağa qaldırdı


16-04-2014, 10:42
Yol problemu Saatlı sakinlərini ayağa qaldırdı
Saatlı rayonunun Məmmədabad, Əliabad, Genişkənd kəndinin bir qrup sakini kollektiv müraciət qəbul edərək, onu ölkə prezidentinə, nəqliyyat nazirinə və yerli icra hakimiyyətinin başçısına göndərib.

Surəti infom.az-ın redaksiyasına təqdim olunan müraciətdə bildirilir ki, adları çəkilən yaşayış məntəqələrini rayon mərkəzi ilə birləşdirən və ümumi uzunluğu 10 kilometr olan yerli əhəmiyyətli avtomobil yolunun sonuncu dəfə nə vaxt təmir edildiyini xatırlayan yoxdur: “Çox güman ki, bu, ötən əsrin 70-ci ilərində baş verib. Təxminən 10 min nəfər əhalinin istifadə etdiyi yol hazırda olduqca acınacaqlı vəziyətdədir.”

Müraciəti imzalayanlar yazır ki, yolun təmiri ilə bağlı onlara dəfələrlə yalan vədlər verilib: “Hələ 2003-cü ilin prezident seçkisində İlham Əliyevi təbliğ edən məsul şəxslər yolun müasir standartlara uyğun olaraq təmir ediləcəyini vəd etsələr də, buna əməl edilmədi. 2005 və 2010-cu illərin parlament, 2008 və 2013-cü illərin prezident seçkisində də eyni vədlər verilib, lakin heç bir əməli addım atılmayıb. Bu illərdə yol qırağına qoyulan vaqondan və ara-sıra yolun en-uzununu ölçən mühəndislərdən başqa heç nə görməmişik.”

Müraciəti Saatlı rayonunun 100-dən çox sakini imzalayıb.

Geri qayıt