Əsas Səhifə > Güney Press > Mask “İlin adamı” olmaq istəmir

Mask “İlin adamı” olmaq istəmir


10-12-2024, 15:29
Mask “İlin adamı” olmaq istəmir
Amerikalı sahibkar İlon Mask 2024-cü ildə “Time” jurnalı tərəfindən “İlin adamı” seçilmək istəmədiyini bildirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Mask “X” sosial şəbəkə səhifəsində bu ada layiq olub-olmadığını soruşan bir istifadəçiyə cavab verərkən deyib.
“Mən bunu həqiqətən istəmirəm”, - deyə iş adamı suala cavabında deyib.
Belə ki, “Time” jurnalı 2024-cü ildə “İlin adamı” adına potensial namizədlərin siyahısını dərc edib.
Namizədlər siyahısına İlon Maskla yanaşı, ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp, onun müttəfiqi, “Meta”nın təsisçisi Mark Zukerberq, ABŞ-nin hazırkı vitse-prezidenti Kamala Harris, Uels şahzadəsi Ketrin Middlton, İsrailin Baş naziri Benyamin Netanyahu, Federal Ehtiyat Sisteminin rəhbəri Cerom Pauel daxil olub.
Jurnal siyahıya məşhur amerikalı komediya aktyoru Co Roqanı, Meksika Prezidenti Klaudiya Şeynbaumu və Aleksey Navalnının həyat yoldaşı Yuliya Navalnayanı da daxil edib.

Geri qayıt