Əsas Səhifə > Güney Press > Axşam saatlarına Tiflisdə şəhərə çıxış QADAĞAN OLUNUR

Axşam saatlarına Tiflisdə şəhərə çıxış QADAĞAN OLUNUR


10-12-2024, 12:59
Axşam saatlarına Tiflisdə şəhərə çıxış QADAĞAN OLUNUR
Gürcüstan hökuməti bütün ölkə ərazisində fövqəladə vəziyyət və komendant saatı tətbiq etmək imkanlarını nəzərdən keçirir.
AzVision.az xəbər verir ki, Gürcüstanın müxalif “Mtavari arxi” telekanalı yaydığı məlumata əsasən, hakim “Gürcü Arzusu-Demokrtaik Gürcüstan” partiyası dekabrın 29-da Mixail Kavelaşvilini ölkənin yeni prezidenti elan etməyi planlaşdırır. Bundan sonra isə hakim partiya partiya fövqəladə vəziyyətin tərkib hissəsi kimi komendant saatı tətbiq etmək niyyətindədir.

Qeyd edək ki, dünən Gürcüstan hökumətinin rəhbəri İrakli Kobaxidze ölkənin Daxili İşlər nazirliyinin “beş günə müxalifətin zorakılıq imkanlarını zərərsizləşdirdiyini” və bunun “ölkədə Maydan cəhdinin qarşısının alınmasına kömək etdiyiyi" bildrib.

Geri qayıt