Əsas Səhifə > Güney Press > "Suriyadakı mövqelərini tərk edən Rusiya,
"Suriyadakı mövqelərini tərk edən Rusiya,10-12-2024, 16:22 |
"Rusiya Suriyada məğlub oldu. Rusiya və İran məğlub olub, qoşunlarını çıxardılar. Bu da artıq beynəlxalq aləmdə təsdiqini tapdı. Avropa ölkələri və digərləri artıq bildirirlər ki, Rusiya Suriyada məğlub oldu. Yəni "Putini məğlub etmək olar". Artıq bu bəyanatla çıxış edirlər. Mənə elə gəlir ki, bundan sonra Rusiya-Ukrayna müharibəsində daha gərgin vəziyyətlər yaranacaq. Çünki ABŞ-ın yeni seçilən prezidenti də bildirdi ki, biz Bayden hakimiyyəti qədər dəstək göstərməyəcəyik". Bu barədə Bizimyol.info xəbər portalına politoloq Elşad Həsənov danışıb. Elşad Həsənov qeyd edib ki, Tramp öz çıxışında "ABŞ Ukraynaya 350 milyard dollar yardım edir və ancaq Avropa İttifaqı cəmi 100 milyard avro yardım edir. Avropa İttifaqı da bizim qədər yardım etməli idi, niyə belə edirlər? Müharibə də Avropada gedir. Amerika uzaqdadır, arada Böyük Okean var" fikirlərini bölüşüb. Suriya məsələsində Rusiya nədən çəkinir? Politoloq bildirib ki, Rusiyanın çəkindiyi odur ki, artıq Ermənistanı da itirmək üzrədir. Bu səbəbdən də, Rysiya bu gün ciddi cəhdlə Gürcüstanda Qərbə qalib gəlməyə çalışır və Qərb yönümlü müxalifətlə mübarizə aparır, özünə Rusiyaya loyal olan Bidzina İvanişvilinin hakimiyyətini dəstəkləyir: "Rusiya Ermənistanda nə qədər mülayim siyasət yeritsə də, gizlincə iqtisadi yardımlar etsə də və iqtisadi rıçaqlardan istifadə etmələrinə imkan yaratsa da, Ermənistan Qərbin ağuşuna keçib. Ermənistan Fransanın və Amerikanın dəstəyini görür. Ancaq onun qarşısında duran ən böyük məsələ isə Rusiyanın hərbi bazasının Gümridən çıxarılması və Ermənistan -Türkiyə, Ermənistan - İran sərhədində olan Rusiya sərhədçilərini çıxarılması məsələsidir. Buna da hazırkı dövrdə elə də gücləri yoxdur. Həmin proses üçün zamanı gözləyirlər. Necə ki, Suriyada zaman yetişdi, Rusiya Suriyaya, Əsəd rejiminə kömək edə bilmədi. Əsəd rejiminin hakimiyyətinə son qoyuldu. Hazırda Ermənistan da bu siyasi situasiyanı gözləyir ki, Rusiya orada öz silahlı qüvvələrini çıxarsın. Rusiya Ermənistanı itirsə, bu da onun üçün böyük itki olacaq". Politoloqun fikrincə, Rusiya onun üçün həmişə bufer zonası olub və bu gün beynəlxalq arenada siyasi vəziyyət dəyişir. "Rusiya-Türkiyə münasibətləri normaldır. Türkiyə prezidenti də öz güclü siyasətini yeridərək, Suriyada həm Rusiya, həm də İran qüvvələrini oradan vurub çıxardı. Suriyada Türkiyə yönümlü hərbi birləşmələr hakimiyyəti ələ aldılar. Növbəti mərhələdə Rusiya Ermənistanı itirəcək. Ermənistanı itirəndən sonra Ukrayna cəbhəsində də müəyyən dəyişikliklər ola bilər. Bu da belə davam edərsə, gələcəkdə Rusiyanın çökməsinə və Rusiyanın parçalanmasına səbəb olacaq"-deyə politoloq əlavə edib. Geri qayıt |