Əsas Səhifə > Güney Press > Azər Qasımlı barəsində həbs qətimkan tədbiri seçilib

Azər Qasımlı barəsində həbs qətimkan tədbiri seçilib


9-12-2024, 19:19
Azər Qasımlı barəsində həbs qətimkan tədbiri seçilib
Siyasi Menecment İnstitutunun direktoru, politoloq Azər Qasımlı barəsində həbs qətimkan tədbiri seçilib.

Bu barədə "Report"a vəkil Rövşanə Rəhimli məlumat verib.

Məlumata görə, o, Yasamal Rayon Məhkəməsinin qərarı ilə dörd ay müddətinə həbs olunub.

Qeyd edək ki, A.Qasımlı dekabrın 8-də saxlanılıb.

O, Cinayət Məcəlləsinin 182.2.3-cü (hədə-qorxu ilə tələb etmə-zor tətbiq etməklə törədildikdə) maddəsi ilə təqsirli bilinir.
Geri qayıt