Əsas Səhifə > Güney Press > Paşinyanın dediyi absurddur, Parisdə Trampla...

Paşinyanın dediyi absurddur, Parisdə Trampla...


9-12-2024, 17:28
Paşinyanın dediyi absurddur, Parisdə Trampla...
Parisdə Ermənistan Baş naziri Nikol Paşinyanla ABŞ-nin yeni seçilmiş prezidenti arasında heç bir ciddi danışıq olmayıb. Baş nazir sadəcə, Fransa Prezidenti Emmanuel Makron vasitəsilə Trampla şəkil çəkdirib.

Teleqraf.com xəbər verir ki, bu sözləri erməni jurnalist Şuşan Voskanyan deyib.

“Paşinyan xanımı Anna Akopyanla Parisdə Notr Dam kafedralının açılış mərasimində iştirak elədi. Açılışa Makronun dəvəti ilə Tramp, amerikalı milyarder İlon Mask və başqaları da qatılmışdı.

Ermənistan hökuməti və Paşinyanın özünün yaydığı məlumatlardan belə bir təəssürat yaranır ki, guya ciddi görüşlər olub, mühüm məsələlər müzakirə edilib. Reallıqda isə Paşinyan Makronun vasitəçiliyi ilə bir neçə şəkil çəkdirə bilib, ən yaxşı halda isə ayaqüstü bir-iki kəlmə danışıb.

Əlbəttə, Ermənistan hökumətinin dəvət və qəbul edilməsi vacibdir, amma İrəvanın bundan “böyük hekayə” yazmaq cəhdləri absurddan da o tərəfədir. Həm Tramp, həm Mask, həm də digər fiqurlar gündə onlarla belə (ayaqüstü) görüşlər keçirirlər. ABŞ-la münasibətlərin dərinləşməsi isə kilsənin bir küncündə əl sıxmaq deyil, maraqları birləşdirməkdir”, - deyə jurnalist bildirib.

Voskanyanın sözlərinə görə, Trampın mənsub olduğu Respublikaçılar Partiyası İrəvanla işləməkdə maraqlı deyil:

“Ermənistan hökuməti 44 günlük müharibə zamanı və ondan sonra ABŞ-də hakimiyyətdə olan Respublikaçılara məhəl qoymayaraq, Demokratlar Partiyası ilə işləməyə davam eləmişdi. İndi isə (Tramp qələbə qazandıqdan sonra) təmasları gücləndirmək məcburiyyətində qalıblar”.

Geri qayıt