Əsas Səhifə > Güney Press > Suriyanın bərpası neçəyə başa gələcək?

Suriyanın bərpası neçəyə başa gələcək?


9-12-2024, 17:16
Suriyanın bərpası neçəyə başa gələcək?
BMT və müxtəlif beynəlxalq təşkilatların hesabatlarına görə, Suriyanın müharibədən sonrakı bərpası üçün tələb olunan büdcə 400 milyard dolları keçə bilər.

FED.az xəbər verir ki, Vision of Humanity-nin məlumatlarına görə, 2011-ci ildə vətəndaş müharibəsi başlayandan bəri ölkədə mənzillərin 17,5 faizi dağıdılıb və hesablamalar münaqişə nəticəsində infrastruktura dəymiş ziyanın 117,7 milyard dollara çatdığını göstərir.

Vətəndaş müharibəsindən sonra ən çox mənfi təsir görmüş sahə neft və mədən sektoru olub. Neft və mədənçıxarma sahələrində hasilat 2010-cu illə müqayisədə real ifadədə 94 faiz azalıb.

Tənəzzüldə neft və mədənçıxarma sektorunun ardınca 70 faizlik azalma ilə istehsal, daxili ticarət və tikinti sektorları gəlir. (Marja)

Geri qayıt