Əsas Səhifə > Güney Press > Ukrayna və ABŞ Müdafiə nazirləri cəbhədə mövcud vəziyyəti müzakirə edib
Ukrayna və ABŞ Müdafiə nazirləri cəbhədə mövcud vəziyyəti müzakirə edib9-12-2024, 17:04 |
Ukraynanın müdafiə naziri Rustem Umerov ilə ABŞ-nin müdafiə naziri Lloyd Ostin arasında telefon danışığı olub. APA xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Rustem Umerov “X” platformasındakı paylaşımında bildirib. “Ukrayna və ABŞ arasında müdafiə sahəsində əməkdaşlığın əsas istiqamətləri, cəbhədə mövcud vəziyyəti və növbəti Ukrayna Müdafiə Əlaqə Qrupu görüşünün planlaşdırılmasını müzakirə etdik”, - Umerov qeyd edib. Ukrayna müdafiə naziri bildirib ki, telefon danışığı zamanı Ostin ABŞ-nin Ukraynaya dəstək üçün lazım olan hər şeyi təmin etməyə hazır olduğunu bir daha təsdiqləyib. Geri qayıt |