Əsas Səhifə > Güney Press > "Onlara demək istəyirəm ki...

"Onlara demək istəyirəm ki...


9-12-2024, 16:45
"Onlara demək istəyirəm ki...
“Bir qadın kimi 4/4-lük xoşbəxt deyiləm…”

Yenicag.az
xəbər verir ki, bu sözləri müğənni Günel Ələkbərova “Xəbərin var?” verilişində “qadın kimi xoşbəxtsinizmi” sualını cavablandırarkən deyib.

Sənətçi bilib-biləndən ona ünvanlanan xoşagəlməz şərhlərdən danışıb və həmin insanlara səslənib:

“Kənardan bizi problemsiz, dərdsiz, xoşbəxt insan kimi görüb xoşagəlməz şərhlər yazanlar var. Onlara demək istəyirəm ki, sizin gördüyünüz kimi deyil. Hər birimizin özümüzə görə problemlərimiz var. Bəzən biz də hər şeydən bezirik, həyatımızda nələrsə baş verirsə, problemlər insan üçündür. Təki, Allah dərd verməsin. Yalan deməyəcəyəm, bir qadın kimi 4/4-lük xoşbəxt deyiləm. Bir də görürsən, bir ay xoşbəxt oluram, iki ay aləm dəyir bir-birinə. Ondan sonra iki ay depressiya gəlir”.

Geri qayıt