Əsas Səhifə > Güney Press > "20 Yanvar" yeraltı keçidindəki obyektlərin taleyi necə olacaq?
"20 Yanvar" yeraltı keçidindəki obyektlərin taleyi necə olacaq?9-12-2024, 16:21 |
Artıq 3 aydır ki, sahibkarlar "20 Yanvar"da bağlanan obyektlərin açılmasını gözləyir. Bu yeraltı keçidindəki ticarət obyektlərinin taleyi necə olacaq? Milli.Az xəbər verir ki, əvvəlcə keçid alış-veriş mərkəzləri ilə tanınan bu ərazilər indi yalnız sərnişinlər və yolun digər üzünü keçmək istəyən şəxslər tərəfindən istifadə olunur. Bu əraziləri kiçik sahibkarlara icarəyə verən şirkətin nümayəndəsi Sənan İsmayılov bildirib ki, qanunvericilikdə nəzərdə tutulan bütün vergi və rüsumları ödəyirlər. O bildirib ki, obyektlərin Bakı şəhər İcra Hakimiyyəti və Əmlak Komitəsi ilə müqavilələri var. Lakin bu barədə onlara heç bir məlumat verilmir ki, niyə şirkətin fəaliyyəti dayandırılıb. Məsələ ilə bağlı Yasamal Rayon Təsərrüfat Birliyi açıqlama verərək bildirildi ki, sözügedən ərazinin icarəsinə dair heç bir sənəd mövcud deyil, şirkətlə yalnız istismar müqaviləsi bağlanıb ki, bu da məişət tullantılarının daşınması ilə həyata keçirilir. Sözügedən problemlə bağlı Dövlət Əmlak Komitəsindən bildirildi ki, sahibkarlarla sonuncu dəfə 2022-ci ilin iyulun 27-də bağlanmış müqavilənin müddəti bu ilin iyul ayında başa çatıb. Müqavilənin müddəti bitdiyi üçün o, avtomatik olaraq ləğv olunmuş sayılır. Geri qayıt |