Əsas Səhifə > Güney Press > Trampın xüsusi nümayəndəsi HƏMAS-ı girovları azad etməyə çağırıb
Trampın xüsusi nümayəndəsi HƏMAS-ı girovları azad etməyə çağırıb9-12-2024, 15:40 |
ABŞ-nin yeni seçilmiş prezidentinin Yaxın Şərq üzrə elçisi Stiv Vitkoff HƏMAS-ı İsrail girovlarını Donald Trampın andiçmə mərasiminədək azad etməməsinin nəticələri barədə xəbərdar edib. “Report” “Reuters”ə istinadən xəbər verir ki, S.Vitkoff, həmçinin Trampın yanvarın 20-də vəzifəyə başlamasından əvvəl HƏMAS və İsrail arasında atəşkəsə nail olunacağına ümid etdiyini bildirib. "Prezidentin nə dediyini eşitdiniz: girovları azad etsələr yaxşı olar. Əgər azad etməsələr, onlar üçün yaxşı gün olmayacaq", - o vurğulayıb. Agentlik qeyd edib ki, D.Tramp ötən həftə HƏMAS girovları andiçmə mərasiminədək azad etməyi tələb edib, əks təqdirdə onların "cəhənnəm əzabı" ilə üzləşəcəyini bəyan edib. Geri qayıt |